Okan Buruk "Fənərbağça"ya "söz atdı"
“Qalatasaray” klubunun baş məşqçisi Okan Buruk “Trabzonspor”la görüşdə məğlub olan “Fənərbağça” ilə bağlı fikirlərini bölüşüb.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, təcrübəli mütəxəssis oyun sonrası açıqlamasında “Fənərbağça”nın güclü komandayla ilk görüşdəcə məğlub olacağını ən başda demişdim. “Trabzonspor”la matçdan öncə də bu sözlərimi təkrarladım. İndi turnir cədvəlinin lideriyik və güclü komandalarla görüşlərin hər birindən qələbə ilə ayrılmışıq. “Fənərbağça”nı isə qarşıda daha çətin oyunlar gözləyir. Biz olduğumuz yerdən enmək niyyətində deyilik”, - deyib.
Qeyd edək ki, “Qalatasaray” 31 xalla turnir cədvəlinin lideridir.
“Fənərbağça” ondan 1 xal geri qalır.