Okan Buruk keçmiş baş məşqçinin rekordunu təkrarlayıb
Okan Buruk keçmiş baş məşqçinin rekordunu təkrarlayıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki. "Qalatasaray" klubunun təcrübəli çalışdırıcısı Okan Buruk Mirça Lucescunun rekordunu təkrarlayıb.
Belə ki, bu gün "Rizespor"a 6-2 hesabı ilə qalib gələn "Qalatsaray" bu mövsüm ev görüşlərindəki məğlubiyyətsizlik seriyasını 14-ə yüksəldib. Ümumilkdə doğma meydanda 18-ci qələbəsini qazanan Okan Buruk Mirci Lucescunun rekordunu təkrarlayıb.
Qeyd edək ki, Okan Buruk "Qalatasaray"la növbəti görüşdə də qalib gələcəyi təqdirdə "sarı-qırmızlar" tarixində bir ilkə imza atacaq.