Okan Buruk klub rəhbərliyindən bu oyunçunun transfer edilməsini istəyir

Super Liqada çempion olan "Qalatasaray" transfer çalışmalarına start verib.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, baş məşqçi Okan Buruk klub rəhbərliyindən "Frayburq"un 2-ci komandasında çıxış edən Berkay Yılmazın transfer edilməsini istəyib.

19 yaşlı türk əsəlli almaniyalı futbolçu sol cinah müdafiəçisi mövqeyində çıxış edir.

Qeyd edək ki, Berkay Yılmaz bu mövsüm "Frayburq"un 2-ci komandası ilə çıxdığı 18 oyunda 1 qol və 5 asistlik performans göstərib.