Okan Buruk tarixi nəticəyə imza atıb

"Qalatasaray"la ardıcıl ikinci çempionluğunu yaşayan Okan Buruk klubun tarixinə düşüb.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, 50 yaşlı mütəxəssis "Qalatasaray"da həm futbolçu, həm də baş məşqçi kimi ardıcıl 2 dəfə çempionluq yaşayan ilk şəxs olub.

Okan Buruk futbolçuluq karyerasında 1996/1997 mövsümündən 1999/2000 mövsümünə qədər "Qalatasaray"la ardıcıl 4 dəfə çempion ünvanını qazanıb.

Qeyd edək ki, türkiyəli çalışdırcının iyunda bitəcək müqaviləsinin uzadılacağı gözlənilir.