Okan Burukdan son xəbərdarlıq
“Qalatasaray” klubunun baş məşqçisi Okan Buruk Tanquy Ndobmeleyə çəkisini azaltması və tez bir zamanda komandaya uyğunlaşması üçün vaxt verib.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, İstanbul nəhənginin çalışdırıcısı “Tottenhem”dən icarəyə götürülən futbolçunun çıxışından və davranışından narazıdır.
Okan Buruk futbolçu ilə şəxsi görüşü zamanı “Artıq komandaya uyğunlaşmaq lazımdır. Əks halda yolları ayırmaq məcburiyyətində qalacağıq”, - deyib.
Qeyd edək ki, Tanquy Ndombele “Qalatasaray” forması ilə cəmi 7 oyunda meydana çıxıb.