Okan Burukdan ulduz futbolçuya maraqlı təklif
"Qalatasaray" klubunun təcrübəli çalışdrıcısı Okan Buruk ulduz futbolçuya maraqlı təklif yönləndirib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, baş məşqçi Dris Mertensə futbolçuluq karyerasını başa vursada komandada ona kömək etməsini istəyib.
Klub rəsmiləri belçikalı ulduzun ən azı 1 il daha "Qalatasaray"da futbolçu olaraq çıxış etməsini istəsələrdə Mertens mövsüm sonunda karyerasını bitirmək istəyir. Okan Burukun sualına isə mövsüm başa çatdıqdan sonra cavab verəcəyini deyib.
Qeyd edək ki, klub rəsmiləri ötən gün Dris Mertensə 1+1 illik yeni müqavilə təklif etmişdilər.