Olcay Şahan "Beşiktaş"ın tarix yazcağına inanır

"Beşiktaş"ın keçmiş futbolçusu Olcay Şahan mediaya açıqlamasında komandasına güvəndiyini deyib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Olcay Şahan " Bəli hazırda komandada zədəli futbolçular çoxdur. Amma, bu gecə "Beşiktaş"ın tarix yazacağına inanıram",-deyib.

Keçmiş futbolçu "Fənərbağça" üçün oyunun vacibliyindən də danışıb. Bildirib ki, bu gecə "sarı-lacivərtlər" meydana mütləq qələbə üçün çıxacaqlar.

Qeyd deək ki, "Beşiktaş"- "Fənərbağça" görüşü Bakı vaxtı ilə 20:00-da başlanacaq.