"Olimpik Lion" klub tarixinin ən bahalı transferini rəsmləşdirib
"Olimpik Lion" klubunun mətbuat xidməti "Nottinqem Forest"dən Mussa Niakatenin transfer olunduğunu açıqlayıb.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, bu keçid Fransa klubuna 31.9 milyon avroya başa gəlib.
28 yaşlı futbolçu ilə müqavilə 2028-ci ilə qədər imzalanıb.
Xəbərdə bildirilir ki, seneqallı futbolçu Lion klubunun ən bahalı transferi kimi tarixə düşüb.
Qeyd edək ki, Niakate ötən mövsüm "Nottinqem"in heyətində 21 oyunda 1 qol vurub.