"Olimpiyakos"un yeni çalışdırıcısı bəlli oldu
Son olaraq İspaniyanın "Selta Viqo"klubunu çalışdıran təcrübəli mütəxəssis Karlos Karvalhal "Olipiyakos"un sükanı arxasına keçib.
Sportline.az Sporx.com.tr-yə istinadla xəbər verir ki, baş məşqçi Karvalhal Yunanıstan klubu ilə 2 illik müqavilə imzalayıb.
Portuqaliyalı çalışdırıcı daha öncə Türkiyə klublarından "Beşiktaş" və "Başakşəhər"ində şərəfini qoruyub.
Qeyd edək ki, Karlos Karvahal iyun ayında "Selta Viqo" klubunun rəsmiləri tərəfindən istefaya göndərilib.