Olimpu Morutan milliyə dəvət oluna bilər
Olimpu Morutan Rumuniya millisinə dəvət oluna bilər.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, hazırda "Ankaragücü"nün şərəfini qoruyan hücumçu Avro 2024-də milli komandasına kömək edə bilmə fürsəti əldə edib.
Milli komandanın baş məşqçisi Eduard İordenescu Olimpu Mortanı izləmək üçün Türkiyəyə gələcək və yekun qərarın "Ankaragücü" "Samsunspor" matçından sonra verəcək. Təcrübəli mütəxəsis hücumçunun komandaya kömək ola biləcəyini düşündüyü üçün bu addımı atdığını bildirib.
Qeyd edək ki, Olimpu Morutan "Qalatasaray"dan "Ankaragücü"nə transfer olunmuşdu.