Ölkə çempionatı müharibəyə görə dayandırıldı

Əlcəzairdə ölkə çempionatı dayandırılıb.

Sportline.az xəbər verir ki, Əlcəzair Futbol Federasiyası rəsmi saytında Qəzza zolağında baş verənlərə görə həmrəylik əlaməti olaraq bütün ölkədaxili futbol yarışlarının dayandırıldığını açıqlayıb. 

Oyunlar növbəti xəbərdarlığa qədər keçirilməyəcək.

Qeyd edək ki, Fələstin millisinin növbəti oyunlarının Əlcəzairdə təşkili ilə bağlı bütün xərcləri Əlcəzair dövləti öz üzərinə götürüb.