Osai Samuel İngiltərə liqasına yolla bilər
"Fənərbağça"nın futbolçusu Osai Samuel İngiltərə liqasında çıxış edə bilər.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, nigeriyalı futbolçu üçün İngiltərənin "Vulherhempton", "Kristal Pelas" və "Lids Yunayted" klubları təklif göndəriblər.
"Fənərbağça" rəsmiləri isə ən çox təklif verən komanda ilə danışıqlara başlayacaqlarını bildiriblər.
Qeyd edək ki, Osai Samuel bu mövsüm "Fənərbağça" forması ilə çıxdığı 26 oyunda 3 qol, 4 asistlə yadda qalıb.