Ozancan Kökcü Azərbaycan millisindən imtina etdi
Hollandiyanın "Feyenoord" klubunda çıxış edən Ozancan Kökçü Azərbaycan millisində oynamaqdan imtina edib. SportLine.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Xəbərdə deyilir ki, 18 yaşlı futbolçu Hollandiya seçməsinin şərəfini qorumaq niyyətindədir.
Xatırladaq ki, O.Kökçü İngiltərənin nəhəng klubları - "Mançester Yunayted" və "Arsenal"ın hədəfindədir.
Futbolçu Azərbaycanın gənclərdən ibarət millisinin Antalyadakı son toplanışında iştirak etmişdi.