Özünə qəsd etmək istəyən futbolçu evə buraxıldı

Moskva "Lokomotiv"inin intahara cəhd edən sabiq futbolçusu Aleksis Beka Beka kritik vəziyyətdən çıxarılıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, özünə qəsd etmək istəyən fransalı yarımmüdafiəçisi xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, hazırda “Nitsa”nın futbolçusu olan Beka-Beka daha əvvəl “Lokomotiv” və “Kann” komandalarının da formalarını geyinib.