Paris 2024 Yay Olimpiya oyunlarında ilk qolun müəllifi Mark Pubil oldu

Bu gün Paris 2024 Yay Olimpiya Oyunlarında futbol yarışları start götürüb. Açılış matçlarında Argentina Mərakeşlə, İspaniya isə Özbəkistanla üz üzə gəlir.

Sportline.az xəbər verir ki, saat 17:00-da başlayan görüşlərdə ilk qolun müəllifi ispaniyalı müdafiəçi Mark Pubil olub.O, Özbəkistanla oyunda 29-cu dəqiqədə vurduğu qolla komandasını irəli çıxarıb. 45+3-cü dəqiqədə Eldar Şomurodov hesaba tazalıq gətirib.İlk hissədən sonra hesab bərabərdir.1-1.

Digər oyunda isə Mərakeş millisi Argentina ilə oyunda fasiləyə 1-0 hesablı üstünlüklə yollanıb.Afrika təmsilçisinin heyətində 45+2-ci dəqiqədə Sofian Rəhimi fərqlənib.