Parisdə ABŞ bayrağını Lebron Ceyms daşıyacaq

Paris 2024 Olimpiadasının açılış mərasimində ABŞ bayrağını daşıyacaq idmançı məlum olub.

Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, bu vəzifə 39 yaşlı ulduz basketbolçu Lebron Ceymsa həvalə olunub.

O, olimpiadada bayraq daşıyan ilk ABŞ-li kişi basketbolçu olacaq.

Ulduz oyunuçu 600 nəfərlik olimpiada heyətinin səs verməsi nəticəsində bu şərəfə layiq görülüb.

Qeyd edək ki, Parisdə keçiriləcək 33-cü Yay Olimpiya Oyunları iyulun 26-də start götürəcək.