Parisdən Barselonaya ironik mesaj

UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin cavab oyununda “Barselona”nı 4-1 hesabı ilə məğlub edən PSJ X sosial media hesabından İspaniya klubuna ironiyalı mesaj ünvanlayıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, PSJ sabiq “Barselona”lı Usman Dembelenin gülümsəyən şəklini paylaşaraq “gününüz yaxşı keçsin” mesajini yayımlayıb.

Qeyd edək ki, Dembele “Barselona” ilə oyunda komandasının 1-ci qolunu vurub.

Barselonada keçirilən görüşdə 4-1 hesabı ilə qalib gələn PSJ yarımfinala yüksəlib.