Paul Poqba testlərin pozitiv çıxması ilə bağlı açıqlama verib
Paul Poqba dopinq testlərinin pozitiv çıxması ilə bağlı açıqlama verib.
Sportline.az xəbər verir ki, fransalı yarımmüdafiəçi məsələ ilə bağlı açıqlamasında :"Bu qərarın doğru olduğuna inana bilmirəm. Karyeram ərzində inşa etdiyim hər şeyi məhv etdilər. Mən dopinqdən istifadə etməmişəm. Bunu sübut etməyə çalışırdım amma alınmadı",-deyib.
Qeyd edək ki, Paul Poqba dopinq testi pozitiv çızdığı üçün 4 il müddətinə futboldan uzaqlaşdırılıb.