Paytaxt klubuna transfer cəzası
Rusiya Futbol Federasiyasının keçirdiyi iclasda Moskvanın “Lokomotiv” klubuna yeni futbolçuların transferinə qadağa qoyulması qərarı alınıb.
Sportline.az xəbər verir ki, bu haqda championat.com saytı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Moskva klubuna bu cəza Mixail İvankovun müqaviləsinə xitam verilməsi ilə bağlı problemlərə görə verilib.
Dəmiryolçulara müqaviləni vaxtından əvvəl ləvğ etdiyi üçün İvankova təzminat, həmçinin federasiyaya cərimə ödəmək tapşırılıb.