Pedri "Barselona"nı 5 milyon avro ziyana saldı

"Barselona" Pedriyə görə "Ls Palmas"a daha 5 milyon avro ödəyəcək.

Sportline.az As nəşrinə istinadla xəbər verir ki, bu, klublar arasındakı razılaşmaya əsasən həyata keçiriləcək.

Pedri UEFA Çempionlar Liqasında "Portu"ya qarşı 90 dəqiqə meydanda olub.

Bu, gənc futbolçunun "Barselona"nın heyətində ən azı 45-də keçirdiyi 100-cü oyunu idi.

Müqavilədə əksini tapan xüsusi bəndə əsasən kataloniyalılar bu statistikaya görə "Las Palmas"a daha 5 milyon avro bonus ödəyəcəklər.

Qeyd edək ki, Pedri 2020-ci ildən kataloniyalıların şərəfini qoruyur.

Onun həmin vaxt "Barsa"ya 13 milyon avroya başa gəldiyi bildirilmişdi.