"Pendikspor" "Fənərbağça"ya elçi düşüb
"Fənərbağça"nın yeni transferlərindən sonra kölgədə qalan Migel Krespo komandadan ayrılmaq üzrədir.
Sportline.az Fanatik nəşrinə istinadla xəbər verir ki, baş məşqçi İsmayıl Kartal 26 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə vidalaşmaq qərarına gəlib.
Onun Super Liqanın debütantı "Pendikspor"a keçəcəyi gündəmdədir.
Tərəflərin danışıqlarının müsbət nəticələndiyi bildirilir.