Pep Qvardiola futbolçusundan üzr istəyib

"Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola futbolçusundan üzr istəyib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli çalışdırıcı Kalvin Filipsdən ona ağır çəkili dediyi üçün bağışlamasını istəyib. 

Pep Qvrdiola daha öncə açıqlamsında Kalvin Filips üçün etik olmayan ifadələr işlətmiş və futbolçudan qarşılıq almışdı.

Qeyd edək ki, Kalvin Filips baş məşqçi ilə hər şeyin qaydasında olduğunu bildirib.