Pep Qvardiola və Haalanda reaksiyası sərt oldu

“Mançetser Yunayted”in keçmiş futbolçusu Roy Keni Pep Qvardiola və Erik Haalandı "göstərişçi" adlandırıb.

Sportline.az "Gaol.com.tr"yə istinadla xəbər verir ki, keçmiş futbolçu Qvardiola və Haalandın başla vurduğu qolu oyun sonrası meydanda müzakirə etməsinə rəy bildirib.

Roy Keni jurnalistlə danışarkən “Bu müzakirəni geyinib-soyunma otağında da etmək mümkün idi. Amma 5 dəqiqə boyunca stadionda qol epizodu barədə danışırlar. Bu göstərişdən başqa bir şey deyil. Qələbə qazanmısansa, bunu gedib qeyd etmək lazımdır. Özünü azarkeşlərə göstərmək nəyə lazımdır axı?! Səni hər kəs tanıyır”, - deyə Keni bildirib.

Qeyd edək ki, "Old Trafford"da keçirilən görüş “Mançester Siti”nin 3-0 hesablı qələbəsi ilə başa çatmışdı.