Piers Morqan Erik Ten Haqı tənqid edib

İdman jurnalisti Piers Morqan açıqlamasında Kriştianu Ronaldunun Ten Haqla bağlı dediklərini xatırladıb.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Morqan "Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haqın acınacaqlı vəziyyətdə oluğunu deyib. 

Jurnalist açıqlamasında " Yadınızdadırsa, Kriştianu Ronaldu ilə müsahibəmdə portuqaliyalı ulduz "qırmızı şeytanlar"da vəziyyət yaxşı deyil. Erik Ten Haq komandaya qələbə qazandıra bilməz demişdi. Onun sözləri doğru çıxdı. Ten Haq futbolçularını idarə edə bilmir. Acınacaqlı vəziyyətdədir ",-deyib.

Qeyd edək ki, "Mançester Yunayted" ingiltərə mediasında 4 xəbər saytına haqqında məqalə paylaşmaması üçün qadağa qoyub.