Pioli “Slaviya Praqa” üzərindəki qələbəni şərh edib

“Milan”ın baş məşqçisi Stefano Pioli “Milan”-“Slaviya Praqa” oyunundan (4-2) sonra açıqlamalar verib.

Spoortline.az xəbər verir ki, mütəxəssis “Football-İtalia”-ya verdiyi müsahibədə “Bu yaxşı qələbədir.”Slaviya” çox güclü və enerjili rəqibdir.Ona görə də növbəti mərhələyə adlamaq üçün cavab oyununda daha çox şey etməliyik.”Slaviya” yaxşı komandadır, amma cavab matçında taktiki aspektlər fərqli olacaq.Onlar ikici oyunda iki qol vurmalıdılar, ona görə də 1-ci bölgədə bizi gözləyə bilməzlər”,-deyib.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü martın 14-də Praqada keçiriləcək.