Pis hava şəraiti şəhərin futbol infrastrukturuna zərər vurdu
Qara dəniz sahilində pisləşən hava şəraiti "Soçi" futbol klubunun bazasına zərə vurur.
Sportline.az xəbər verir ki, bu barədə "Soçi" komandasının mətbuat xidməti məlumat yayıb.
“Bazada güclü külək nəticəsində təlim meydançalarının yaxınlığındakı qoruyucu torlar və dirəklər zədələnib. Kamera qüllələri yıxılıb. Zərərin miqdarı bilinmir. Heç kim xəsarət almayıb”, - deyə məlumatda bildirilib.