PJS-nin baş məşqçisi Rafael Leao haqqında maraqlı fikilər səsləndirib
PJS-nin baş məşqçisi Luis Enrike "Milan"ın ulduzu Rafael Leao haqqında maraqlı fikilər səsləndirib
Sportline.az xəbər verir ki, o, portuqaliyalının mümkün transferindən söz açıb.
Bu haqda "RMC Sport" məlumat yayıb.
"O müğənnidir? (gülərək). Bu zarafatdır, mən yaxşı bilirəm o, kimdir. Amma, mən klubumda olmayan oyunçu haqda danışa bilmərəm. Amma onu deyə bilərəm ki, hər şey qaydasında getsə, ümid edirəm ki, gələn mövsüm bu mövsümdan daha yaxşı komandamız olacaq", - deyə ispaniyalı mütəxəssis bildirib.
Qeyd edək ki, cari mövsüm “Milan”ın heyətində 32 matça çıxan Leaonun aktivində 9 qol, 8 məhsuldar ötürmə var.
Klubla 2028-ci ilə qədər müqaviləsi olan oyunçunun transfer qiyməti 90 milyon avrodur.