Poçettino maraqlı açıqlamalarla diqqət mərkəzinə düşüb
Çelsi”nin baş məşqçisi klubun transfer siyasətindən danışıb.
Sportline.az xəbər verir ki, “Çelsi”nin çalışdırıcısı Maurusio Poçetinno klubun transferlərə böyük pullar xərcləməyi ilə bağlı fikirlərlə razı deyil.
Təcrübəli mütəxəsis açıqlamasında :”Çelsi” məğlub olanda insanlar buna həmişə bir səbəb tapırlar.Amma yox,klub rəhbərliyi burada fərqli bir şey yaratmaq istəyirlər.Bu hələ başlanqıcdır.Ona görə də indiki zamanı keçmişlə müqayisə edə bilmərik.”Çelsi”dən söhbət açılanda insanlar milyardlardan danışırlar və bununla bağlı heç nə edə bilməzsən.Mən bunu ədalətli hesab etmirəm ,amma oyunun qaydaları ilə qəbul edirəm” deyə bildirib.
Qeyd edək ki,Premyer Liqada 26 turdan sonra “Çelsi” aktivindəki 35 xalla 11-ci sıradadır.