Maurisyo Poçettino Erik Ten Haqla bağlı suallara cavab verməyib

"Çelsi"nin baş çəşqçisi Maurisyo Poçettino Erik Ten Haqla bağlı suallardan yayınıb və uğurlar arzu edib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin Erik Ten Haqa nə kimi məsləhət verə bilərsiniz  sualına " Mən bununla bağlı heç bir cavab verə bilmərəm.  O, "Mançester Yunayted"in baş məşqçisidir və rəqib komandanı çalışdırır. Sadəcə uğurlar arzu edirəm",-deyib. 

Qeyd edək ki,hazırda Erik Ten Haqın "Mnçester Yunayted" futbolçuları ilə yola getməməsi  azarkeşlərin qəzəbinə səbəb olub.