Polşalı futbolçu İngiltərə klubuna keçə bilər
"Fənərbağça"nın polşalı futbolçusu karyerasını İngiltərə Premyer liqasında davam etdirə bilər.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki,"Fənərbağça"nın 25 yaşlı yarımmüdafiəçisi Sebastian Şimanski "Mançester Yunayted" və ya "Arsenal"a transfer oluna bilər.
"Sarı-lacivərtlər" futbolçu üçün 30 milyon avro tələb ediblər.
Qeyd edək ki, Sebastian Şmanski bu mövsüm çıxdığı 41 oyunda 12 qol, 14 asistlə yadda qalıb.