"Portu"dan "Atletiko"ya 2 futbolçu

İspaniya La Liqasının ikincisi "Atletiko" yeni mövsümə hazırlaşır

Sportline.az xəbər verir ki, Madrid komandası heyətini 2 futbolçu ilə gücləndirmək niyyətindədir. Bunlar "Portu"nun şərəfini qoruyan müdafiəçi Aleks Telleslə yarımmüdafiəçi Ektor Erreradır.

Artıq hər iki transfer üçün Lissabon təmsilçisi ilə razılıq əldə olunub. "Atletiko" braziliyalı Telles üçün "Portu"ya 30 milyon avro ödəyəcək. Meksikalı futbolçu Erreranın təzminat məbləğinə isə yaxın vaxtlarda aydınlıq gətiriləcək.

Qeyd edək ki, Telleslə Errera Dieqo Simeonenin komandasına yayda keçəcək.