Portuqaliya millisinin sabiq üzvü "Səbail"də

“Səbail” 2024-cü ildə ilk transferini reallaşdırıb.

Sportline.az xəbər verir ki, “dənizçilər” Portuqaliyanın 2-ci divizion təmsilçisi “Mafra”da çıxış etmiş Madi Ketanı heyətinə qatıb.

“Portu”nun yetirməsi olan, karyerası ərzində “Farense”, “Çerno More” və “Vilafranquense” klublarının formasını geyinmiş 25 yaşlı cinah yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb.

Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərinin şərəfini qorumuş Madi Keta həmçinin Qvineya-Bissau seçməsinin üzvüdür