Portuqaliyalı baş məşqçi keçmiş klubunu tənqid atəşinə tutub
Portuqaliyalı məşqçi keçmiş komandasını tənqid atəşinə tutub.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Roma" klubunun keçmiş baş məşqçisi Joze Mourinyo açıqlamasında :"Futbolu bilməyən adamlar tərəfindən göndərildim. Bu qərarın yalnış olduğunu gələcək zamanlarda anlayacaqlar. Mən əlimdən gələni etdim və uğurlu nəticə qazandım. Bunun qədrini bilməyənlərə başa heç nə demək istəmirəm",-deyib.
Qeyd edək ki, "Roma" klubu Joze Mourinyo ilə yolları ayırdıqdan sonra De Rossi ilə müqavilə imzalayıb.