Portuqaliyalı ulduz karyerasını Türkiyədə davam etdirə bilər
Portuqaliya millisinin ulduz yarımmüdafiəçisi karyerasını Türkiyədə davam etdirə bilər.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "Qalatasaray" Səudiyyə Ərəbistanının "Əl-Nəssr" klubunda çıxış edən 29 yaşlı yarımmüdafiəçi Otavionu transfer etmək istəyir.
Səudiyyə Ərəbistanı mediası portuqaliyalı utbolçunun komandada xoşbəxt olmadığını və ayrılmaq istədiyini bildirib."Əl-Nəssr" klubu isə futbolçunu 30 milyon avro qarşılığında satacağını açıqlayıb. Türkiyə nəhəngi Otavionu icarə əsasında heyətinə qatmaq üçün görüşmələrə başlacaq.
Qeyd edək ki, Otavio daha öncə "Porto" klubunun şərəfini qoruyub.