Premyer Liqa klubu futbolçusu ilə vidalaşa bilər

"Aston Villa" futbolçusu ilə vidalaşa bilər.

Sportline.az "Football Insider"ə istinadla xəbər verir ki, klubun yarımmüdafiəçisi Leander Dendonker başqa kluba keçə bilər.

"Aston Villa" "Everton"un izlədiyi 28 yaşlı belçikalı üçün təkliflərə baxmağa hazırdır.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsüm 8 oyunda fərqlənə bilməyib.