Prosineçki "Neftçi" - "İnter" matçında
Topaz Premyer Liqasının XI turu çərçivəsində bu gün keçiriləcək “Neftçi” – “İnter” matçını Azərbaycan seçməsinin baş məşqçisi Robert Prosineçki də izləyəcək. SportLine.az xəbər verir ki, xorvatiyalı çalışdırıcı 8-ci km stadionunda baş tutacaq qarşılaşmaya köməkçiləri ilə birlikdə baxacaq.
Gəncədə keçiriləcək “Kəpəz” – “Sumqayıt” görüşünü isə millinin məşqçilərindən heç kim izləməyəcək.
Qeyd edək ki, yığmamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Şimali İrlandiyanın qonağı olacaq.