Prosineçkinin mətbuat konfransının vaxtı açıqlandı

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya – Azərbaycan oyunu öncəsi təmsilçilərimizin iştirakı ilə baş tutacaq mətbuat konfransı və açıq məşqin vaxtı açıqlanıb. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, sabah - oktyabrın 11-də baş tutacaq matçdan bir gün öncə baş məşqçimiz Robert Prosineçki mətbuat nümayəndələrinin önünə çıxacaq.                   

Xorvatiyalı mütəxəssis bu gün Bakı vaxtı ilə saat 22:15-də jurnalistlərin suallarını cavablandıracaq. Saat 22:45-də isə yığmamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi start götürəcək. Mətbuat konfransı və açıq məşq Ostrava şəhərindəki Vitkovitse stadionunda keçiriləcək.