"PSJ" 2 ulduz futbolçu ilə danışıqlara başlayıb

"PSJ" Kilian Mbappenin ayrılacağı ilə bağlı çıxan xəbərlərdən sonra 2 ulduz futbolçu ilə danışıqlara başlayıb. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Fransa klubu Viktor Osimhen və Rafael Leao ilə maraqlanır. 

"PSJ" klubunun rəsmiləri "Napoli" və "Milan"la danışıqları mövsüm sonnadək yekunlaşdırmaq istədiklərini bildiriblər. 

Qeyd edək ki, Kilian Mbappenin "Real Madrid"də keçidi ilə bağlı dəqiq heç bir məlumat verilməyib.