PSJ "Barselona"ya, "Atletiko" "Borussiya"ya qarşı

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi davam edir.

Sportline.az xəbər verir ki, bu gün daha iki qarşılaşma olacaq.

“Barselona” PSJ-nin, "Dortmund" isə “Atletiko”nun qonağı olacaq. 

Bu cütlərdə cavab görüşləri aprelin 16-da keçiriləcək.

Çempionlar Liqası

1/4 final mərhələsi, ilk oyunlar

10 aprel

23:00. “Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)

Baş hakim: Marko Quida (İtaliya)

Madrid, “Metropolitano” stadionu

23:00. PSJ (Fransa) – “Barselona” (İspaniya)

Baş hakim: Entoni Teylor (İngiltərə)

Paris, “Park De Prens” stadionu