"Bavariya" PSJ-nin futbolçusuna göz dikib
"Bavariya" heyəti gücləndirmək niyyətindədir.
Sportline.az xəbər verir ki, münhenlilər bu məqsədlə Fransaya üz tutublar.
Bu haqda PSJ-nin baş məşqçisi Luis Enrike məlumat verib.
Onun sözlərinə görə, münhenlilər müdafiəçi Markinyosun xidmətində maraqlıdırlar.
Enrike X sosial şəbəkəsindəki "PSG Report"a açıqlamasında vacib futbolçuların komandanı tərk edəcəyindən narahatlığını ifadə edib.