PSJ Çempionlar Liqasından uzaqlaşdırıla bilər

Fransa çempionu PSJ UEFA Çempionlar Liqasından uzaqlaşdırıla bilər.

Sporline.az xəbər verir ki, səbəb klubun Kilian Mbappeyə olan borcu ilə əlaqədardır.

Bu haqda "Le Monde" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Paris nəhəngi Mbappeyə 55 milyon avro ödəməlidir.

Klub bu öhdəliyini yerinə yetirməsə UEFA tərəfindən ciddi sanksiyalarla üzləşə bilər. 

Bu siyahıya komandanın qitənin ən nüfuzlu klub turnirindən kənarlaşdırılması da daxildir.