PSJ-dən "Bavariya"ya

“Bavariya” PSJ-nin müdafiəçisi Tanqi Kuassini transfer edib.

Sportline.az xəbər verir ki, bu haqda Münhen klubunun saytı məlumat yayıb. 18 yaşlı fransalı azad agent kimi alman komandasına keçib. Onunla 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.

Kuassi PSJ-nin yetirməsidir. O, ötən ildən əsas komandaya cəlb edilib. Bu mövsüm Liqa 1-də 6 matça çıxan Tanqi 2 qol vurub və PSJ ilə erkən başa çatdırılan Fransa çempionatının qalibi olub.