PSJ iki ulduz futbolçunu heyətinə qata bilər

"Bavariya"nın iki ulduz futbolçusu -Kinqsi Koman və Matias De Lixt PSJ-nin maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, bu barədə Sport Bild nəşrinin redaktoru Kristian Falk məlumat yayıb.

Xəbərdə Komanın Fransa klubuna keçməyə razı olduğu deyilsə də, De Lixtin "Mançester Yunayted"ə yaxın olduğu bildirilib.

Qeyd edək ki, hər 2 futbolçunun "Bavariya" ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.