"PSJ" Kilian Mbappenin əvəzinə 2 futbolçunu transfer edə bilər
"PSJ" klubu Kilian Mbappenin əvəzinə 2 futbolçunu transfer edəcək.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Fransa nəhəngi "Mançester Yunayted"dən Markus Reşford və "Napoli"dən Viktor Osimheni transfer etmək istəyir.
Fransa mediasında yayılan xəbərlərdə komandanın məsləhətçisi Kamposa futbolçuların keçidi ilə danışıqlara başlaması tapşırığı verilib.
Qeyd edək ki, "PSJ" Kilian Mbappenin komandadan ayrılmasından sonra 200 milyon avro qənaət edəcək.