PSJ-nin futbolçusu İngiltərə klublarının hədəfində

PSJ-nin futbolçusu Uqo Ekitike karyerasının İngiltərədə davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda Evening Standard məlumat yayıb.

Mənbənin bildirdiyinə görə "Vest Hem" və "Kristal Pelas" klubları onun xidmətində maraqlıdır.

Hər iki klubun Paris təmsilçisinə bununla bağlı müraciət etdiyi bildirilir.

2027-ci ilədək PSJ ilə müqaviləsi olan Ekitikenin transfer dəyəri 15 milyon avrodur.