PSJ portuqaliyalı forvardı göndərir
PSJ hecumçu Qonsalu Ramuşla yolları ayırır.
Sportline.az xəbər verir ki, bu haqda "L'Equipe" məlumat yayıb.
Mənbənin sözlərinə görə, klub rəhbərliyi 22 yaşlı futbolçunun perspektivini müsbət qiymətləndirməyib.
Qeyd edək ki, Ramuş PSJ-dən "Benfika"ya 65 milyon avro qarşılığında transfer olunmuşdu.
Bu mövsüm 19 oyunda meydana çıxan forvard rəqib qapılarından 4 top keçirmişdi.