"Qalatasaray" 15 yaşlı futbolçunu transfer edir

“Qalatasaray” “Gənclərbirliyi”nin 15 yaşlı futbolçusu Yiğit Evini heyətinə qatmaq niyətindədir. 

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “Fərnərbağça” “Gənclərbirliyi” klbu ilə  Yiğit Evin daxil olmaqla 4 futbolçunun olduğu transfer müqaviləsi imzalamışdı.

Amma, anlaşma naməlum səbəblərdən ləğv olunub.

“Qalatasaray” klubunun isə futbolçu ilə yaxından maraqlandığını və heyətinə qatmaq istədiyi məlum olub. “Gənclərbirliyi” hələlik futbolçunun gələcəyi ilə bağlı qərar verməyib.

Qeyd edək ki, Yiğit Evin müxtəlif yaş qrupları üzrə milli komandaların şərəfini qoruyub.