"Qalatasaray" 19 yaşlı futbolçu ilə maraqlanır
"Qalatasaray" "Genk"in 19 yaşlı futbolçusu ilə maraqlanır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İstanbul nəhəngi mərakeşli Bilal Əl Xannussu heyətinə qatmaq istəsə də tərəflər razılıq əldə edə bilməyiblər.
"Genk" klubuna 15 milyon avro təklif edən "Qalatasaray" müsbət cavab ala bilməyib. Belçika klubu Avropa nəhənglərinin Bilal Əl Xannuss üçün minimum 35 milyon avro təklif etdiyini deyib.
Qeyd edək ki, 19 yaşlı yarımmüdafiəçinin adı "Liverpul", "Mançester Yunayted, "Çelsi", "Mançester Siti" və "Bavariya" klubları ilə hallanıb.