"Qalatasaray" 23 yaşlı müdafiəçi üçün ilk təklifini göndərib

"Qalatasaray" klubu 23 yaşlı müdafiəçi üçün "Çaykur Rizespor" klubuna rəsmi təklif göndərib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İstanbl nəhəngi Emirhan Topçu üçün Qaradəniz təmsilçisinə 25 milyon avro və mövsüm sonunadək Halil Dervişoğlunu icarə əsasında göndərməyi təklif edib. 

"Rizespor" klubunun rəmsiləri  futbolçunun keçidinə icazə verəcəyini bildiriblər. 

Qeyd edək ki, Emirhan Topçu bu mövsüm çıxdığı 18 oyunda 3 asistlə yadda qalıb.