"Qalatasaray" azarkeşlərinə şad xəbər
Türkiyə nəhəngi "Qalatasaray"ın zədəli futbolçusu Davinison Sançezin yaşıl meydanlara döndüyü bildirilib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin komandanın düşərgəsinə qatılıb.
Təcrübəli futbolçunun "Fənərbağça" ilə görüşə kimi zədəsini tam sağaldacağı deyilib.
Qeyd edək ki, Davinson Sançez bu mövsüm "Qalatasaray" forması ilə çıxdığı 8 oyunda 1 qolla yadda qalıb.